Bakıda dəhşətli avtobus qəzası: yaralananlar var - VİDEO

Bakıda dəhşətli avtobus qəzası: yaralananlar var - VİDEO
13:42 8 Aprel 2019
54 Ölkə
Ölkə mətbuatı
A- A+

13:39

Bakıda avtobus minik avtomobili ilə toqquşub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə aprel ayının 6-sı gecə saatlarında Şüvəlan qəsəbəsində baş verib. 136 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu "Hyundai" markalı minik avtomobili ilə toqquşub.

Nəticədə hər iki nəqliyyat vasitəsi bağ evlərinin hasarlarına çırpılıb. Qəzada xəsarətlər alanlar olub.

Hadisə yerinə gələn təcili tibbi yardım briqadası qəzada xəsarət alanları 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb.

Qəzanın səbəbləri araşdırılır.

----------
10:58

Bakının Mərdəkan qəsəbəsində ağır yol qəzası baş verib. 

Milli.Az news24.az-a istinadən xəbər verir ki, qəsəbənin daxilində bağ evlərinin arasıdan keçən yolda gecə saatlarında marşrut xəttinə məxsus avtobusla minik avtomobili toqquşub. Yüksək sürətlə hərəkət edən avtobus qəza zamanı həm də divara çırpılıb. Hadisə şahidləri baş vermiş hadisəni lentə alıblar. Qəza zamanı xəsarət alanların olduğu deyilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda dəhşətli avtobus qəzası.


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/745189.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR