DİN-dən əməliyyat: 3 rayonda silah-sursat aşkarlandı

DİN-dən əməliyyat: 3 rayonda silah-sursat aşkarlandı
13:49 8 Aprel 2019
60 Digər
Ölkə mətbuatı
A- A+

Xocavənd sakinindən 3 ədəd tüfəng və digər silah-sursat aşkar edilərək götürülüb.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin (Beyləqan RPŞ) əməkdaşlarının əldə edilən məlumat əsasında aprelin 7-də Yeni Xocavənd qəsəbə sakini A.Quliyevin evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan müvafiq sənədləri olmayan “TOZ-32”, “İJ-20” və “GOMO” markalı 3 ədəd pinevmatik tüfəng, 76 ədəd giliz, 42 ədəd patron və digər hərbi sursatlar aşkar edilərək götülüb.
 
Bundan başqa Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Avşar kənd sakini, əvvəllər məhkum olunmuş İ.İsmayılovdan 1 ədəd “Revolver” tipli tapança və 1 ədəd patron götürülüb.
 
Daxili İşlər Nazirliyinin daha bir əməliyyatı ilə Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları Qəbələ Müskürlü kənd sakini İ.Həsrətovdan 1 ədəd müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edərək, götürüb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310641

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR