41 ağırlıqqaldıran Avropa çempionatına buraxılmadı

41 ağırlıqqaldıran Avropa çempionatına buraxılmadı
14:14 8 Aprel 2019
36 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün başlayan ağır atletika üzrə Avropa çempionatının startı qalmaqalla əlamətdar olub.
 
ONA-nın məlumatına görə, Gürcüstanın Batumi şəhərində təşkil olunan yarışa gələn 401 idmançıdan 41-i çempionata buraxılmayıb.
 
Bu idmançılar 18 ölkəni təmsil edir. Lakin onların adları hələ açıqlanmadığından hansı yığmaların itki ilə üzləşdiyi bəlli deyil. Atletlərin yarışdan kənar qalmasına ADAMS sistemində qeydiyyatdan keçərkən yaranan problemlər səbəb olub. 
 
Beynəlxalq Ağır Atletika Federasiyası (İWF) texniki problemlərlə bağlı şikayətləri qəbul etməyib. Qurum növbəti dəfə belə halla üzləşəcək idmançıları Olimpiya Oyunlarına buraxmayacağı ilə bağlı xəbərdarlıq yayıb. Ümumdünya Antidopinq Agentliyi (WADA) məsələylə bağlı rəsmi şikayətin daxil olmadığını açıqlayıb.
 
ADAMS antidopinq sistemi 2005-ci ildən tətbiq olunur. Bu müddətdə sistem idmançılar tərəfindən texniki qüsurları və çətinliklərinə görə dəfələrlə tənqid edilib. 
 
Qeyd edək ki, Azərbaycan yarışda 5 idmançı ilə təmsil olunur. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310646

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR