“İnsan yataqxanada necə yaşaya bilər?”

“İnsan yataqxanada necə yaşaya bilər?”
14:27 8 Aprel 2019
134 Şou
Ölkə mətbuatı
A- A+

Ailədə 3 övlad olmuşuq. Müharibə dövründə Bakıya gəldik. BDU-nun yanında yataqxanada məskən saldıq. Anam 3 yerdə işlədi ki, bizi dolandıra bilsin.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Zenfira İbrahimova "Şou ATV" proqramına qonaq olarkən deyib.

Sənətçi verilişdə keçmişə nəzər salaraq yeniyetməlik dövründə çalışdığını qeyd edib: "İndi qızımın 14 yaşı var. Onunla söhbət zamanı deyirəm ki, sənin yaşında mən anamla işləmişəm. Bizim evin yanında bina var idi, orada gözətçi kimi çalışmışam. Uşaqlıq illərimdə çox əziyyət çəkmişəm. İnsan birotaqlı evdə, yataqxana şəraitində necə yaşaya bilər? Çox əziyyət görmüşəm".

Zenfira daha sonra atasının gənc yaşda dünyasını dəyişdiyini bildirib: "Cavan ata itirmişəm, 38 yaşında bizdən ayrıldı. Uşaq idim, onun yoxluğunu dərk etmirdim. Fikirləşirdim ki, harasa gedib, gələcək. Böyüdüm, bununla barışmağa çalışdım. İstərdim ki, onun qayğısını görüm, nəfəsini duyum. Mən bunlardan mərhum olmuşam".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/745246.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR