BDU Türkiyənin Sivas Cümhuriyyət Universiteti ilə birgə araşdırma aparacaq (FOTO)

BDU Türkiyənin Sivas Cümhuriyyət Universiteti ilə birgə araşdırma aparacaq (FOTO)
14:29 8 Aprel 2019
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Türkiyənin Sivas Cümhuriyyət Universitetinin rektoru Alim Yıldız, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, eyni zamanda, Təhsil fakültəsinin dekanı Ali Aksu Bakı Dövlət Universitetində (BDU) olublar.

BDU-dan Trend-ə verilən məlumata görə, rektor Elçin Babayev səfərin əlaqələrin daha da genişlənməsinə təkan olacağını vurğulayıb.

Universitetin təhsil, tədqiqat, innovasiya və elmi biliklərin kommersiyalaşdırılması, sosial həyatı və beynəlxaq əlaqələri ilə bağlı hədəflərini açıqlayan rektor müasir elmin tələblərinə uyğun olaraq, humanitar və təbiət elmləri sahəsində birgə araşdırmaların aparılması ilə bağlı fikrilərini bölüşüb.

Görüşdə, eyni zamanda magistratura və doktorantura səviyyələrində ikili diplom, tələbə-müəllim mübadiləsi, birgə proqram və qrantlar kimi məsələlər müzakirə edilib.

Professor Alim Yıldız qeyd edilən məsələlərin ikitərəfli əlaqələrin inkişafına təkan olacağını bildirib. O, Bakı Dövlət Universiteti ilə ERASMUS+KA107 proqramı çərçivəsində tələbə-müəllim mübadiləsinin həyata keçirildiyini, bu istiqamətdə əlaqələrin daha da intensivləşməsinə ehtiyac olduğunu bildirib.

Qeyd edək ki, Bakı Dövlət Universiteti ilə Sivas Cümhuriyyət Universiteti arasında imzalanmış müqaviləyə əsasən, indiyədək BDU-nun beş bakalavr, iki magistrant, üç doktorantı və yeddi əməkdaşı Sivas Cümhuriyyət Universitetində, həmin ali təhsil müəssisəsindən isə iki bakalavr, iki magistrant və 13 əməkdaş BDU-da təcrübə mübadiləsində iştirak ediblər.

Hazırda Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin bir doktorantı Sivas Cümhuriyyət Universitetdə, həmin universitetin üç tələbəsi isə BDU-da təhsillərini davam etdirirlər. Filologiya, Sosial elmlər və psixologiya fakültələrində təcrübə keçən türkiyəli tələbələr görüşdə iştirak edərək layihə ilə fikirlərini bölüşüblər.

Qeyd edək ki, 1973-cü ildə Türkiyə Cümhuriyyətinin 50-ci ildönümi münasibətilə təsis edilən Sivas Cümhuriyyət Universiteti Greenmetric reytinqində 23-cü, Nature İndex sıralamasında isə Türkiyə üzrə 29 yerdə qərarlaşıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3043107.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR