Futboloçunun Fransaya Qurandan şifrəli cavabı

Futboloçunun Fransaya Qurandan şifrəli cavabı
02:11 15 Yanvar 2015
135 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə “Beşiktaş” komandasının seneqallı legioneri, dini çıxışları ilə yadda qalan Demba Ba “Charlie Hebdo” jurnalının məruz qaldığı terror hücumundan sonra müsəlmanları ittiham edənlərə özünəməxsus şəkildə cavab verib. ANS PRESS-in məlumatına görə, fransızların göndərdiyi “Hamımız Şarlıq” yazılmış köynəyi geyinməyi qəbul etməyən Demba Ba sosial şəbəkədə şifrəli mesaj uazıb. Ulduz futbolçunun yazdığı rəqəmlərdən ibarət mesaj Qurani Kərimdən surəyə və ayəyə işarə edir.

Qeyd edək ki, Demba Banın şəxsi tvitter səhifəsində “61:8” yazılıb ki, bu da Qurandan 61-cı sırada olan Səff surəsinin 8-ci ayəsinə işarədir. Həmin ayədə Allahın öz nurunu tamamlayacağını bildirir:

“Onlar Allahın nurunu (islam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə söndürmək istəyirlər. Allah isə - kafirlərin xoşuna gəlməsə də, öz nurunu (dinini) tamamlayacaqdır.” /Səff-8/

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=319763

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR