Azərbaycan Nefroloqlar Assosiyasiyası ERA-EDTA üzv seçilib

Azərbaycan Nefroloqlar Assosiyasiyası ERA-EDTA üzv seçilib
14:43 8 Aprel 2019
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Nefroloqlar Assosiyasiyası İctimai Birliyi Avropa Böyrək, Dializ və Transplantologiya Assosiyasiyasına (ERA-EDTA) üzv seçilib.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Dünyanın 56 ölkəsinin nefroloji assosiyasiyalarının üzv olduğu bu təşkilat 1963-cü ildə yaradılıb.

Səhiyyə Nazirliyinin Baş nefroloqu, Assosiyasıyanın məsul katibi Fariz Babayev, bu mötəbər quruma üzvlüyün ölkə nefrologiyasının beynəlxalq aləmə inteqrasiyasında, elmi və praktik mübadilənin yaradılmasında, yerli mütəxəssislərin elmi əsər və məqalələrinin beynəlxalq tibb jurnallarında nəşr edilməsində, yüksək ixtisaslı kadrların hazırlanmasında, müştərək konqreslərin təşkilində və ümumilikdə, Azərbaycan nefrologiyasının inkişafında əhəmiyyətli rol oynayacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3043021.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR