Yerevanda aksiya iştirakçıları ilə polis arasında toqquşma olub

Yerevanda aksiya iştirakçıları ilə polis arasında toqquşma olub
14:47 8 Aprel 2019
48 Digər
Ölkə mətbuatı
A- A+

Paytaxt Yerevanda etiraz aksiyası keçirən “Spayka” şirkətinin işçiləri Ermənistan hökumətinin binasının qarşısına yürüş ediblər.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, aksiya iştirakçıları Baş nazir Nikol Paşinyanla görüş tələb edirlər.

*** 12:56

Yerevanda “Spayka” şirkətinin işçiləri ilə polis əməkdaşları arasında toqquşma olub.
“Report” xəbər verir ki, bu məlumatı Ermənistan KİV-i yayıb. 
Bildirilib ki, aksiya iştirakçıları “Paşinyanı (Ermənistanın Baş naziri Nikol Paşinyanı nəzərdə tuturlar - red.) tələb edirik!”, “David Kazaryana azadlıq!” şüarlarını irəli sürüblər.

*** 11:23
Ermənistanın “Spayka” yükdaşıma şirkətinin direktoru David Kazaryan barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
“Report” “Newsarmenia”ya istinadən xəbər verir ki, o, 7 milyard 36 milyon 666 min 312 dram (15 milyon dollar) məbləğində vəsaiti  vergidən yaydırmaqda ittiham olunur.
Şirkətin işçiləri isə D.Kazaryanın həbsinə etiraz edirlər. Onlar Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş istəyiblər. “Spayka”nın əməkdaşları tələbləri yerinə yetirlməyəcəyi halda genişmiqyaslı etiraz aksiyası keçirəcəklərini bildiriblər.
Qeyd edək ki, “Spayka” Ermənistanın ən böyük şirkətlərindəndir. 2001-ci ildə yaradılan “Spayka” 2007-ci ildən Avropa və MDB ölkələrinə, o cümlədən Rusiyaya meyvə və tərəvəz daşımaqla məşğuldur.
Son bir ildə “Spayka”da müxtəlif istiqamətdə yoxlama aparılır. Müəssisə vergidən yayınmaqda və bir sıra qanunsuz işlər görməkdə şübhəli bilinir. 2019-ci ilin yayında “Spakya”da Dövlət Gəlirləri üzrə Komitə və Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarənin əməkdaşları yoxlama aparmışdı. 




Xəbərin orijinal ünvanı: https://report.az/region/spayka-ermenistanda-genismiqyasli-etiraz-aksiyasina-hazirlasir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR