Erməni general: "Azərbaycan bizi üstələyir"

Erməni general: "Azərbaycan bizi üstələyir"
14:59 8 Aprel 2019
54 Digər
Ölkə mətbuatı
A- A+

"Bir neçə il bundan öncə demişdim ki, bizim hücum etmək hüququmuz var, bir şərtlə ki, rəqibimizin gücünü bilmədən bu addımı atmaq olmaz. Əsgərə əmr etsən, o, bunu icra edəcək, lakin buna hazırıqmı?” 
 
Lent.az xəbər verir ki, bu fikirləri erməni general Arkady Ter-Tadevosyan Ermənistan müdafiə Naziri David Tonoyanın "yeni müharibə - yeni ərazilər" prinsipi ilə bağlı verdiyi sonuncu bəyanatına münasibət bildirərkən deyib. 
 
General Azərbaycanın neftlə zəngin olan əraziləri “İskəndər”lə vura biləcəklərini dilə gətirsə də ordularının hələ də buna hazır olmadığını da gizlətməyib. 
 
Əlavə edib ki, yalnız orduya arxayın olmaq yolverilməzdi: 
 
“Paralel olaraq diplomatiyamızı da işə salmalıyıq, təssüf ki, bu sahədə də Azərbaycan bizi üstələyir”. 
 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310650

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR