Bacı-qardaşdan dəhşətli əməl! - Baxın illər sonra necə ortaya çıxdı?/ VİDEO

Qaziantepdə 2 uşaq anası Fatma B. göbək bağı ilə boğduğu körpəni qardaşı ilə bir yerdə zirzəmiyə dəfn edib.

Metbuat.az Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə körpəni basdıran və qadının qardaşı olan Mehmet A.nın çəkdiyi vicdan əzabı ucbatından 6 il sonra ortaya çıxıb.

Qaziantepdə 2013-ci ildə baş verən hadisədə iddiaya görə, 16 yaşında olan və tekstil atelyesində çalışan Fatma B. buradakı müdiri F.H.. ilə gizli əlaqəyə girib və hamilə qalıb. Evdə doğuş edən Fatma B. körpəni göbək bağı ilə boğaraq öldürüb. Cəsədin iy verməməsi üçün 3 gün ərzində evdəki soyuducusunda gizlədən Fatma B, o vaxtlar 14 yaşında olan qardaşı Məmməd A.dan kömək istəyib. Məmməd A, cəsədi evin zirzəmisinə basdırıb.

Baş verən faciəvi hadisədən 6 il sonra Məmməd A, çəkdiyi vicdan əzabına dözməyərək, Şehitkamil Polis İdarəsinə gedib. Çəkdiyi vicdan əzabı ucbatından baş verənləri etiraf edən Məmməd A.nın ifadəsi ilə Qaziantep Polis İdarəsi Cinayət Bürosu dəstələri hərəkətə keçib.

Polislər prokurorluq icazələrindən sonra Məmməd A.nın dediyi ünvanda yerləşən evin zirzəmisində qazıntı işi başladıb.

Şəxsin göstərdiyi ərazidə qazıntı aparan komandalar qısa müddətdə uşağın sümüklərinə çatıb. Məmməd A.nı nəzarətinə alan polislər 3 il əvvəl evlənən və Aktoprak Məhəlləsində yaşayan Fatma A.nı əməliyyatla nəzarətə alıb.

Evli və 2 uşaq anası Fatma B. sorğusunun ardından həbs edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR