“Azəriqaz” “ASAN Xidmət” vasitəsi ilə 83600-dən çox istehlakçıya xidmət edib

“Azəriqaz” “ASAN Xidmət” vasitəsi ilə 83600-dən çox istehlakçıya xidmət edib
15:02 8 Aprel 2019
63 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi ilin yanvar-mart ayları ərzində Azərbaycanda fəaliyyət göstərən “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzləri vasitəsi ilə 83 600-dən çox istehlakçıya xidmət edib.
“Azəriqaz”dan “Report”a verilən məlumata görə, birlik tərəfindən yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.
Bu ilin birinci rübü ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və “Səyyar ASAN” xidmətinə, bundan əlavə Bərdə, Sabirabad, İmişli, Masallı, Qəbələ, Quba, Mingəçevir, Şəki həmçinin Gəncə şəhərində yerləşən “ASAN Xidmət” mərkəzlərinə ümumilikdə 83 682 müraciət daxil olmuş və bu müraciətlərin icrası tam təmin edilib.
İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək.



Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azeriqaz-asan-xidmet-vasitesi-ile-83600-den-cox-istehlakciya-xidm

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR