Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın paytaxtı Moskvaya səfər edib.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Vnukovo-II hava limanında Ərdoğanı, Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko, Dövlət Protokol Müdir Köməkçisi Georgi Kuznetsov və Türkiyənin Moskvadakı səfiri Məhmət Samsar qarşılayıb.

Ərdoğanla birgə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Enerji və Təbii sərvətlər naziri Fatih Dönməz, Xəzinə və Maliyyə naziri Berat Albayrak, Mədəniyyət və Turizm naziri Məhmət Nuri Ərsoy, Milli Müdafiə naziri Hulusi Akar, Kənd Təsərrüfatı və Meşə naziri Bəkir Pakdemirli, Ticarət naziri Ruhsar Pekcan, Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhan, Milli İstihbarat Təşkilatının (MIT) rəhbəri Hakan Fidan, Tükiyə Prezident Aparatının Kommunikasiya İdarəsinin rəhbəri,professor Fəxrəddin Altun və Türkiyənin müdafiə sənayesi başkanı İsmayıl Dəmir də Moskvaya gəlib.

Prezident Ərdoğan, Kreml sarayında keçiriləcək Türkiyə-Rusiya Ali Əməkdaşlıq Şurası səkkizinci yığıncağında rusiyalı həmkarı Vladimir Putinlə bir araya gələcək. Türkiyə-Rusiya ikitərəfli əlaqələrinin bütün tərəflərinin müzakirə olunacağı yığıncaqda, Suriya başda olmaqla bir sıra regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılması nəzərdə tutulur.

Ərdoğan və Putinin müqavilələrin imzalanması mərasimindən sonra Kreml Sarayında birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR