Yaqub Zurufçunun xanımı sevgisini hayqırdı: “Səni sevmək elə də böyük qəhrəmanlıq deyil” - FOTO

Yaqub Zurufçunun xanımı sevgisini hayqırdı: “Səni sevmək elə də böyük qəhrəmanlıq deyil” - FOTO
15:08 8 Aprel 2019
Ölkə mətbuatı
A- A+

“Əziz həyat yoldaşım Yaqub bəy! Bu dəfə doğum gününü ayrı-ayrı şəhərlərdə qeyd edirik. Mən Bakıda, sən Londonda. Bu kiçik, amma içdən olan ad günü təbrikimi aramızda olan 5000 km qədər məsafədən, şifrəsini bildiyim facebook profilindən və hamının oxuya biləcəyi yerdən çatdırmaq istədim”.

Publika.az xəbər verir ki, bu sözləri cənubi azərbaycanlı Yaqub Zurufçunun həyat yoldaşı Aynur Zurufçu sosial şəbəkədə yazıb. O, həyat yoldaşının dünən 66 yaşı tamam olması münasibəti ilə geniş təbrik yarazaq sənətçiyə olan məhəbbətini facebook vasitəsilə yayıb:

“Səni sevmək elə də böyük qəhrəmanlıq deyil. Yəni mən qəhrəman deyiləm! Qəhrəman sənsən! Mənim QƏHRƏMANIM! Sən həmişə yaşa! Yarat! İsti nəfəsinlə, sevgi dolu baxışlarınla həmişə yanımda ol. Onsuzda qəlbimin ən dərinində, toxunulmaz bir guşəsində taxtın var... Sənə olan sevgimmi böyükdür, ya sayğımmı, bilmirəm. Bir onu bilirəm ki, səninlə bütövəm.

Biz sanki iki çayıq. Kür-Araz kimi. Birimiz böyük, o birimiz qismən kiçik ola bilərik. Amma qovuşmaq, birləşmək bəxtəvərliyi vardı sonunda. Məni özünə birləşdirdiyin üçün sənə təşəkkür edirəm! "BİZİ" çoxaltdığın üçün - Atilla üçün təşəkkür edirəm! Doğum günün mübarək, SEVDİYİM!”

Məlumat üçün bildirək ki, Yaqub Zurufçunun xanımı ilə arasında 37 yaş fərq var.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/274966.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR