Baş nazirin olduğu binada DƏHŞƏTLİ YANĞIN

Baş nazirin olduğu binada DƏHŞƏTLİ YANĞIN
15:18 8 Aprel 2019
40 Digər
Ölkə mətbuatı
A- A+

Pakistanın paytaxtı İslamabadda yanğın hadisəsi qeydə alınıb.

Publika.az xəbər verir ki, yanğın baş nazir İmran Xanın ofisinin yerləşdiyi binada baş verib.

İlkin versiyaya görə, yanğın binanın 6-cı mərtəbəsində meydana gələn qısaqapanmadan sonra olub. Alov qısa müddətdə hər tərəfə yayıldığı üçün yanğın təhlükəli hal alıb. Buna görə də baş nazirin ofisi boşaldılıb.

Hadisə zamanı xəsarət alanların olub-olmadığı barədə hələ ki, informasiya verilmir.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/274979.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR