Gürcüstan parlamenti buraxılış imtahanlarının ləğvini təsdiqləyib

Gürcüstan parlamenti buraxılış imtahanlarının ləğvini təsdiqləyib
15:22 8 Aprel 2019
45 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstan parlamenti üçüncü oxunuşda hökumətin orta məktəblərdə buraxılış imtahanlarının ləğvi ilə bağlı təşəbbüsünü dəstəkləyib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, 80 deputat qanun layihəsinin lehinə, 8-i isə əleyhinə səs verib.
Qeyd edək ki, qanun layihəsi üzrə səsvermə aprelin 5-də keçirilsə də, onun təsdiq olunması üçün səslər yetərli olmayıb.
Xatırladaq ki, Gürcüstanda orta məktəblərdə buraxılış imtahanları 11 və 12-ci siniflərdə keçirilirdi. “Ümumi təhsil haqqında” qanunun qüvvəyə minməsindən sonra attestat almaq üçün şagirdlər bütün fənnlər üzrə 10 ballıq sistem üzrə 5 baldan çox qiymət almalıdırlar. Əvvəlki illərdə buraxılış imtahanlarından kəsilən şagirdlər də bütün fənnlərdən 5-dən çox bal qazanıblarsa, attestat ala biləcəklər. 


Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustan-parlamenti-buraxilis-imtahanlarinin-legvini-tesdiqleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR