İntihar edən şağirdlər - bunun qarşısını necə almaq olar?

İntihar edən şağirdlər - bunun qarşısını necə almaq olar?
15:29 8 Aprel 2019
38 Digər
Ölkə mətbuatı
A- A+

“Məktəblərdə intihar hadisələrinin baş verməsi ciddi siqnaldır. Yəni, təzyiqə məruz qalan hər kəs bu addımı ata bilər. Bunun üçün məktəblərdə psixoloji dəstək gücləndirilməlidir”. Lent.az xəbər verir ki, bunu təhsil üzrə ekspert Kamran Əsədov "facebook" səhifəsində yazıb.

K.Əsədov  bildirib ki, şagirdlər arasında aqressiv münasibətlər var: “Təhsil Nazirliyinə təklif edirəm ki, bütün yüksəkmərtəbəli məktəblərə yuxarı mərtəbələrdə pəncərələrin bağlanması tələbi qoyulsun. Məktəblərdə ilkin tibbi yardımın göstərilməsi yaxşı səviyyədə təşkil olunmayıb, bunu aradan qaldırmaq lazımdır. Burda tənəffüs vaxtı koridorlarda, xüsusilə yuxarı mərtəbələrdə müəllimlər növbətçi kimi dayanmalıdır. Yenidən orta məktəblərdə psixoloq xidməti öz aktuallığını gündəmə gətirir ki, bununla bağlı artıq lazımı addımı atmaq lazımdır. Məktəb bilik almaq, elm öyrənmək, tərbiyələnmək yeridir, ölmək yox”.

K.Əsədov son bir neçə il ərzində orta məktəblərin inzibati binasında baş verən intihar hallarına da toxunub.

Bildirib ki, 2018-ci ilin oktyabrında, tam orta məktəbdən 3-cü sinif şagirdi intihara cəhd edib. 2015-ci il fevralın 25-də Cəlilabad şəhər 7 saylı orta məktəbdə məktəbin 7-ci sinif şagirdi özünü məktəbin 3-cü mərtəbəsindən atıb. Bu ilin aprelində Bakı şəhəri 162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva özünü məktəbin 3-cü mərtəbəsindən atıb. Hər 3 hadisə məktəblərin 3-cü mərtəbəsində baş verib".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310654

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR