“Report”: Türk lirəsi yenidən bahalaşacaq

“Report”: Türk lirəsi yenidən bahalaşacaq
15:32 8 Aprel 2019
69 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə keçirilən bələdiyyə seçkilərindən sonra türk lirəsinin ucuzlaşması müşahidə edilir.
“Report”un analitik qrupu bildirir ki, ötən həftə TRY/USD nisbəti 0,2 bənd artaraq 5,49-dan 5,69-a yüksəlib.
Türkiyənin milli valyutasına inamın azalması seçkilərin investorlarda yaratdığı qeyri-müəyyənliklə bağlı ola bilər. Amma səbəb təkcə bu, deyil. Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatlarının azalması dair söz-söhbət var. Qurum seçkidən əvvəl lirənin məzənnəsini sabitləşdirmək üçün müəyyən addımlar atsa da, investorlar bu addımların davamlı olacağına şübhə ilə yanaşırlar.
Niderlandın “Rabobank”ının inkişaf etməkdə olan bazarlarda valyuta mübadiləsi üzrə strateqi Piotr Matys hesab edir ki, Türkiyə hökumətinin addımları investorlarda heyrət hissi doğurmaqdadır: “Ölkə üçün həyati əhəmiyyət kəsb edən seçkilərdən əvvəl lirənin məzənnəsin sabitliyi təmin edildi. Amma Türkiyə hökuməti marja ticarətinə müdaxilə etdi. Buna dəyərdimi?”
Bu arada mətbuatda Türkiyənin dövlət büdcəsi xərclərinin artması barədə xəbərlər yayılmaqdadır. Bu ilin I rübündə seçkilərlə bağlı birbaşa və dolları xərclərin 650 mln. lirə (təxminən 115 mln. ABŞ dolları) olduğu bildirilir. Son nəticədə bu ilin fevral ayında Türkiyənin büdcə kəsri 16,8 mlrd. lirə təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,85 dəfə çoxdur.
“Report”un analitik qrupu hesab edir ki, rəsmi Ankara büdcə xərclərinin artmasına baxmayaraq lirəyə dəstəyini davam etdirəcək və TRY/USD nisbətinin azı 5,3-də qərarlaşmasına çalışacaq. 


Xəbərin orijinal ünvanı: https://report.az/analitika/report-turk-liresi-yeniden-bahalasacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR