Bakıda evdən 80 yaşlı qadının meyiti tapıldı

Bakıda evdən 80 yaşlı qadının meyiti tapıldı
15:42 8 Aprel 2019
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən Milli.Az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1939-cü il təvəllüdlü Nuriyeva Raya Qasım qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/745248.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR