Su Polisi Bakıda içində pul və sənədlər olan çantanı taparaq ərəb turistə qaytarıb

Su Polisi Bakıda içində pul və sənədlər olan çantanı taparaq ərəb turistə qaytarıb
16:12 8 Aprel 2019
38 Digər
Ölkə mətbuatı
A- A+

Su Polisi “Şəfəq” gəmisinin göyərtəsində içində pul və sənədlər olan çantanı itirən ərəb turistə köməklik edib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazirliyin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ölkədə səfərdə olan ərəb turistin itən çantasını qısa zamanda taparaq sahibinə qaytarıb. 
Belə ki, aprelin 7-də, saat 21:25 radələrində DİN-in “102” Zəng Mərkəzinə müraciət edən Birləşmiş Ərəb Əmirliyinin vətəndaşı, Azərbaycana turist kimi gələn Aisha Hussain Ali Baqir Alzarooni Dənizkənarı Milli Parkın ərazisində “Şəfəq” gəzinti gəmisində olan zaman çantasının itdiyini bildirib. Aisha Hussain çantada şəxsi sənədlərinin, pulunun və digər lazımı ləvazimatlarının olduğunu deyib. Məlumat dərhal aidiyyatı üzrə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinə göndərilib. İdarə rəisinə məruzə olunub və qısa zamanda verilən göstərişə əsasən əməliyyat qrupu hadisə yerinə göndərilib. Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının səyi nəticəsində turistin çantası saat 01:00 radələrində tapılaraq sahibinə qaytarılıb. 
Azərbaycana qonaq olan xanım turist qısa müddətdə çantasının tapılmasında göstərdikləri köməkliyə görə Azərbaycan polisinə öz təşəkkürünü bildirib. 






Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-su-polisi-icinde-pul-ve-senedler-olan-cantani-itiren-ereb-turi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR