Bu qaydalara riayət etməyən sürücülər 356 manat cərimələnəcək

Bu qaydalara riayət etməyən sürücülər 356 manat cərimələnəcək
16:23 8 Aprel 2019
36 Digər
Ölkə mətbuatı
A- A+

İngiltərənin paytaxtı Londonda avtomobillərlə bağlı yeni qanun qüvvəyə minib.

Publika.az xəbər verir ki, qərar çərçivəsində emissiya standartlarına uyğun olmayan avtomobillər şəhərin Vestminister və Siti bölgələrinə müəyyən məbləğ qarşılığında buraxılacaq.

Ödənişin məbləği 12,5 funt-sterlinqdir (təxminən 28 manat).

Qanunun əhatə etdiyi minik vasitələri arasında 2007-ci il istehsalı motosikletlər və 2006-cı il istehsalı benzinlə işləyən, həmçinin 2015-ci ildən əvvəl istehsal edilmiş dizel yanacaqlı avtomobillər də var.

London bələdiyyəsinin bu qərarı qəbul etməkdə məqsədi havanın çirklənməsinin mümkün qədər qarşısını almaqdır. Bələdiyyənin hesablamalarına görə, bu qərarla 40 min avtomobil şəhər mərkəzindən kənarda qalacaq və beləliklə havanın çirkliliyi 2 il içində 45% azalacaq.

Hazırda Londonda xüsusi avtomobillər həftəiçi 07.00 - 18.00 saatları arasında şəhərin mərkəzinə daxil olmaq üçün 11,5 funt-sterlinq (26 manat) ödəniş edir.

Motosikletlərdə “Euro 3”, benzinlə işləyən avtomobillərdə “Euro 4”, dizellə işləyən avtomobillərdə “Euro 6” standartlarına uyğun olmayan da eyni ödənişi verməkli olacaq. “Euro 6” standartlarından kənar avtobus və yük maşınları isə gündəlik 100 funt-sterlinq (222 manat) ödəməli olacaq.

Bu qaydalara riayət etməyən sürücülər 160 funt-sterlinq (356 manat) cərimə ödəyəcək.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/274987.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR