Azərbaycanın olimpiya mükafatçısı peşəkar boksda döyüşməkdən imtina edib

Azərbaycanın olimpiya mükafatçısı peşəkar boksda döyüşməkdən imtina edib
16:32 8 Aprel 2019
34 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın olimpiya mükafatçısı Teymur Məmmədov karyerasını peşəkar boksda davam etdirməkdən imtina edib.
Bu barədə “Report”a 26 yaşlı idmançının özü məlumat verib. O, bildirib ki, Almaniyada peşəkar boks üzrə turnirə qatılmaq üçün dəvət alsa da, cavabı mənfi olub. Məmmədov imtina qərarını ailəsindən uzaq qalmaq istəməməsi ilə əlaqələndirib.
Qeyd edək ki, Teymur Məmmədov 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. Bir müddət əvvəl həvəskar boksçu karyerasını başa vuran döyüşçü Avropa çempionu və “Bakı 2015” I Avropa Oyunlarının qalibidir. O, həmçinin dünya çempionatının gümüş və bürünc medallarını qazanıb.


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/olimpiya-mukafatcimiz-pesekar-boksda-doyusmekden-imtina-etdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR