Prezident İlham Əliyev xəstəxana tikintisinə 1 milyon manat ayırdı

Prezident İlham Əliyev xəstəxana tikintisinə 1 milyon manat ayırdı
16:37 8 Aprel 2019
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Samux Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda qeyd edilir ki, Samux Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.19.12-ci yarımbəndində göstərilən vəsaitin 1 milyon manatı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılsın.

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/745323.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR