Samux Rayon Mərkəzi Xəstəxanasının tikintisinə pul ayrılıb

Samux Rayon Mərkəzi Xəstəxanasının tikintisinə pul ayrılıb
16:37 8 Aprel 2019
32 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Samux Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 
"Report"un məlumatına görə, sərəncamla Samux Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.12-ci yarımbəndində göstərilən vəsaitin 1 milyon manatı Səhiyyə Nazirliyinə ayrılıb.


Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/samux-rayon-merkezi-xestexanasinin-tikintisine-pul-ayrilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR