Tural Abbaslının AXH-dən çıxarılması təklif olunub

Tural Abbaslının AXH-dən çıxarılması təklif olunub
16:39 8 Aprel 2019
49 Digər
Ölkə mətbuatı
A- A+

Gələcək Azərbaycan Partiyasının qərargahında parçalanmış Azərbaycan Xalq Hərəkatının qanadlarından birinin toplantısı keçirilir.
 
ONA-nın məlumatına görə, toplantıda sabiq daxili işlər naziri İsgəndər Həmidov KXCP qərargahında toplantı keçirən digər qanadda təmsil olunan Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə telefonla əlaqə saxlayıb. İsgəndər Həmidov fərqli məkanda toplantı keçirilməsi barədə öncədən edilən təklifləri qəbul etmədiyini və bunun yolverilməz olduğunu bildirib.
 
Müzakirə zamanı KXCP qərargahında toplaşanlar sırasında yer alan sabiq müdafiə naziri Rəhim Qazıyevin evində bir araya gəlmək tövsiyə olunub. Tərəflər görüş yerinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələri davam etdirmək barədə razılığa gəliblər.
 
İclasda AXH İdarə Heyətinin üzvü Salman İmanlı Ağ Partiyanın sədri Tural Abbaslının qurumdan çıxarılmasını təklif edib.
 
Müzakirələr davam edir.
 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310669

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR