Ötən il "Roma" ilə matçda döyülən "Liverpul" azarkeşi xəstəxananı indi tərk edəcək

Ötən il "Roma" ilə matçda döyülən "Liverpul" azarkeşi xəstəxananı indi tərk edəcək
16:42 8 Aprel 2019
39 Digər
Ölkə mətbuatı
A- A+

Ötən mövsüm İtaliya "Roma"sı ilə Çempionlar Liqası matçından əvvəl hücuma məruz qalan və ağır yaralanan İngiltərə "Liverpul"unun azarkeşi Şon Koks səhhətində ciddi irəliləyişə nail olub. 
"Report" "Talksport"a istinadən xəbər verir ki, fanat xəstəxananı bir ildən sonra tərk edəcək. İtaliya klubunun azarkeşləri Koksa ötən ilin aprelində Liverpulda keçirilmiş oyundan əvvəl hücum ediblər. O, şüurunu itirdikdən sonra xəstəxanaya aparılıb və təcili əməliyyat olunub. Bir neçə ay İrlandiyanın paytaxtı Dublində xəstəxanada qalan Şon Koks daha sonra bərpa mərkəzinə köçürülüb.
Azarkeşin müalicəsi üçün vəsait yığımı məqsədi ilə təşkil edilən xeyriyyə matçına da qatılacaq. Aprelin 14-dəki görüşdə İrlandiya futbolunun və "Liverpul" komandasının əfsanələri üz-üzə gələcək. 
Qeyd edək ki, Liverpuldakı yarımfinal görüşü meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 5:2. Romadakı matçda rəqibinə 2:4 hesabı ilə məğlub olan İngiltərə klubu finala yüksəlib və həlledici qarşılaşmada İspaniya "Real Madrid"inə uduzub - 1:3. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/liverpul-azarkesi-bir-ilden-sonra-xestexanadan-cixir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR