İslam Həmrəyliyi İdman Federasiyasının YENİ PREZİDENTİ bu şəxs olacaq

İslam Həmrəyliyi İdman Federasiyasının YENİ PREZİDENTİ bu şəxs olacaq
16:49 8 Aprel 2019
32 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) Baş Assambleyasının iclası keçirilib.
 
ONA-nın məlumatına görə, tədbir çərçivəsində İHİF-ə prezident seçkiləri baş tutub. 
 
Qurumun İcraiyyə Komitəsi yekdilliklə şahzadə Abdulaziz bin Turki Alfaisalın rəhbər olmasına səs verib. O, növbəti 4 il üçün İHİF-in prezidenti vəzifəsini icra edəcək. 
Tədbirdə 2021-ci il İslam Həmrəylik Oyunlarının keçirilməsinə dair müzakirələr aparılıb.
 
Qeyd edək ki, Assambleyada Azərbaycanı Milli Olimpiya Komitəsinin, eyni zamanda İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə təmsil edib. Həmçinin Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov və MOK-un marketinq şöbəsinin rəisi Mehman Kərimov da səfərə yollanan heyətdə yer alıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310670

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR