“Azərlotereya”nın xalis mənfəəti 3 dəfəyə yaxın artıb

“Azərlotereya”nın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
16:52 8 Aprel 2019
39 Digər
Ölkə mətbuatı
A- A+

İqtisadiyyat Nazirliyi yanında “Azərlotereya” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 12,035 mln. manat təşkil edib.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 28,4% çoxdur.
2018-ci ildə “Azərlotereya”nın cəmi öhdəlikləri 65,2% artaraq 5,137 mln. manata, cəmi kapitalı isə 10,1% artaraq 6,898 mln. manata çatıb.
Ötən il “Azərlotereya”nın satışdan gəlirləri 40,553 mln. manat (əvvəlki ilə nisbətən 54,95% çox), satışının maya dəyəri 36,908 mln. manat (45,5% çox), digər (maliyyə) gəlirləri 394 min manat (45,6% az), mənfəət vergisi ödəmələri isə 808 min manat (2,65 dəfə çox) təşkil edib. Son nəticədə şirkət 2018-ci ili 3,232 mln. manat xalis mənfəətlə başa vurub. Bu, 2017-ci illə müqayisədə 2,65 dəfə çoxdur.
Xatırladaq ki, “Azərlotereya” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 20 min manatdır.


Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerlotereya-nin-xalis-menfeeti-3-defeye-yaxin-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR