Su Polisi pulunu və sənədlərini itirən ərəbə kömək etdi - FOTO - VİDEO

Su Polisi pulunu və sənədlərini itirən ərəbə kömək etdi - FOTO - VİDEO
16:57 8 Aprel 2019
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ölkəmizdə səfərdə olan ərəb turistin itən çantasını qısa zamanda taparaq sahibinə qaytarıblar.

İdarədən Milli.Az-a verilən məlumata görə, Azərbaycanın günbəgün artan iqtisadi nüfuzu, ölkəmizdə ictimai-asayişin etibarlı şəkildə təmin olunması dünyanın müxtəlif yerlərindən bura çoxlu sayda turistlərin gəlməsinə səbəb olur. Turistlərin təhlükəsizliyi isə polis əməkdaşları tərəfindən etibarlı şəkildə təmin olunur və onların qarşılaşdıqları problemlər qısa zamanda öz həllini tapır.

Ölkəmizdə turistlərin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasını sübut edən hadisələrdən daha biri paytaxt ərazisində qeydə alınıb.



Aprelin 7-də, saat 21:25 radələrində Su Nəqliyyatında Polis İdarəsinə Səudiyyə Ərəbistanı vətəndaşı, Azərbaycana turist kimi gələn Aisha Hussain Ali Baqir Alzarooni tərəfindən zəng daxil olub. Həmin şəxs müraciətində Dənizkənarı Milli Parkın ərazisində "Şəfəq" gəzinti gəmisində olan zaman çantasının itdiyini bildirib. Aisha Hussain çantada şəxsi sənədlərinin, pulunun və digər lazımı ləvazimatlarının olduğunu deyib.

Məlumat İdarə rəisinə məruzə olunub və qısa zamanda verilən göstərişə əsasən əməliyyat qrupu hadisə yerinə göndərib. Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının səyi nəticəsində turistin çantası saat 01:00 radələrində tapılaraq sahibinə qaytarılıb. Ölkəmizdə qonaq olan xanım turist qısa müddətdə çantasının tapılmasında göstərdikləri köməkliyə görə Azərbaycan polisinə öz təşəkkürünü bildirib.

Videonu izləmək üçün şəklə klikləyin:

Su Polisi pulunu və sənədlərini itirən ərəbə kömək etdi

Yusif Nəsirli
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/745295.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR