AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri təxirə düşdü

AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri təxirə düşdü
17:09 8 Aprel 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinqi komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Rocer Geyl və Ştefan Şennakın Azərbaycana səfəri “Brexit”ə görə təxirə salınıb.
 
Bunu Ştefan Şennak ONA-nın Qərbi Avropa müxbirinin sualını cavablandırarkən deyib.
 
“Azərbaycana səfərin dəqiq tarixi bilinmir. Çünki digər həmməruzəçi Rocer Geyl “Brexit”lə bağlı Böyük Britaniya parlamentində olmalıdır. Əgər “Brexit” olmasa idi, biz  bir ay öncə Azərbaycana gəlməli idik. Hazırda ona görə dəqiq tarixi deyə bilmirəm. Ancaq Britaniyada “Brexit” üzrə danışıqlar yekunlaşmaq üzrədir. Düşünürəm ki, yaydan öncə Azərbaycanda olacağıq”. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310674

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR