Daxili İşlər Nazirliyindən sürücülərə VACİB MÜRACİƏT

Daxili İşlər Nazirliyindən sürücülərə VACİB MÜRACİƏT
17:28 8 Aprel 2019
65 Digər
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi (DİN) oğurluq halları ilə bağlı sürücülərə xəbərdarlıq edib.

Nazirlikdən Publika.az-a daxil olan məlumatda bildirilir ki, DİN nəqliyyat vasitələri sahiblərinin nəzərinə çatdırır ki, xüsusilə havanın qaranlıq vaxtı avtomobillərini parklayarkən, o cümlədən qısa müddətdə tərk edərkən, eləcə də, avtoyuma yerlərində və təmir sexlərində saxlayarkən salonda nəzarətsiz qalan qiymətli əşyaların, sənədlərin və əl çantalarının bəzi qanun pozuntusuna meyilli olan şəxslər tərəfindən oğurlanma ehtimalı ola bilər.

Nazirlik bildirir ki, belə halların qarşısının alınması üçün sürücülərə tövsiyə olunur ki, pul, telefon və digər qiymətli əşyaları, şəxsi sənədləri avtomobili tərk edərkən özləri ilə götürsünlər və mümkün qədər nəqliyyat vasitələrini diqqətdən və nəzarətdən kənar ərazilərdə deyil, təhlükəsizlik kameralarının əhatə və görüntü dairəsində, küçə və həyətlərin işıqlı ərazilərində saxlasınlar.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/275001.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR