Azərbaycanlı məşhur müğənni İNTİHAR ETMƏK İSTƏYİB - FOTO

Azərbaycanlı məşhur müğənni İNTİHAR ETMƏK İSTƏYİB - FOTO
17:37 8 Aprel 2019
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı tanınmış müğənni Emil Rəhmanov intihar etmək istəyib.

Milli.Az xəbər verir ki, bunu əməkdar artist Rəhman Rəhmanovun müğənni övladı, Tarix Əliyevin (Tolik) "Tarix ilə səmimi" verilişində sualını cavablandırarkən deyib.

Emil 2 ay bundan qabaq intihar həddinə çatdığını etiraf edib:

"Bu yaxınlarda intihar etmək istədim, çünki bezmişdim. 2-3 ayın söhbətidir. Artıq bu yaşayışdan bezmişdim, hamının tənələri... Düzdür, mən demirəm düz etmişəm, düz həyat sürmüşəm. Bu, bir xəstəlikdir tutdu məni, amma mən düzəlmək istəyirəm". 

Qeyd edək ki, narkomaniya asılılığından əziyyət çəkən ifaçı iki dəfə bu cinayətə görə azadlıqdan məhrum olub. Emilin ailə həyatı da onun bu pis vərdişindən dolayı dağılıb.

Məhəmməd Vaqif
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/745336.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR