"Shamkir Chess 2019": Teymur Rəcəbov da yarışın qalibi olmaq şansını itirib

"Shamkir Chess 2019": Teymur Rəcəbov da yarışın qalibi olmaq şansını itirib
17:42 8 Aprel 2019
70 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirində ardıcıl 8-ci dəfə heç-heçə edib.
"Report"un məlumatına görə, 32 yaşlı qrossmeyster VIII turda Hindistan təmsilçisi Vişvanatan Anandla da xalı yarı bölüb. Bununla da Azərbaycan təmsilçilərinin hazırkı superturnirdə qalib ola bilməyəcəkləri dəqiqləşib. Daha əvvəl ənənəvi yarışın ikiqat qalibi Şəhriyar Məmmədyarov birinci yer şansından məhrum olub. 
Hazırda turun Sergey Karyakin (Rusiya) – Maqnus Karlsen (Norveç), Veselin Topalov (Bolqarıstan) – Dinq Liren (Çin), Alekandr Qrişuk (Rusiya) – David Navara (Çexiya) və Aniş Giri (Hollandiya) – Şəhriyar Məmmədyarov (Azərbaycan) qarşılaşmaları davam edir. Son dünya çempionu Maqnus Karlsen qələbə qazanacağı təqdirdə, finişə bir tur qalmış çempionluğunu rəsmiləşdirəcək.
Qeyd edək ki, hazırda Teymur Rəcəbov və Vişvanatan Anandın 4 xalı var. Turnirə aprelin 9-da yekun vurulacaq. Lider Karlsenin 5, ikinci pillədəki Karyakinin 4,5 xalı var. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/shamkir-chess-2019-teymur-recebov-cempionluq-sansini-itirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR