Ermənistanın müdafiə naziri yenə sərsəmlədi: “Bölmələrimiz Azərbaycan ərazisində...”

Ermənistanın müdafiə naziri yenə sərsəmlədi: “Bölmələrimiz Azərbaycan ərazisində...”
17:48 8 Aprel 2019
56 Digər
Ölkə mətbuatı
A- A+

“Ermənistanın hücum qrupları rəqibi arxasında xaos yarada bilər”.

Publika.az
xəbər verir i, bu sərsəm açıqlama ilə Ermənistanın müdafiə naziri david Tonoyan çıxış edib.

Onun iddiasına görə, erməni hərbi birləşmələrinin hücum bölmələri döyüş vaxtı rəqiblə (Azərbaycanı nəzərdə tutur – red.) öz ərazisində üz-üzə gələcək.

“Ehtiyac olan halda bizim hücum qruplarımız rəqibin arxasında xaos yarada bilər. Əgər rəqib bir nöqtə üzrə hücum edərsə, erməni hərbi birləşmələri təkcə B yox, C, D, E nöqtələrindən də zərbələr endirəcək. Bununla yanaşı, hərbi təyyarələr əldə etməyimiz orduya rəqibə böyük məsafədə təsir etmək imkanı verəcək”, - deyə Tonoyan iddia edib.

Maraqlıdır ki, Tonoyan bu açıqlamasından bir neçə saat öncə “yeni müharibə - yeni ərazilərdir” tezisindən imtina edərək, Azərbaycana orduların sülhə hazırlanması çağırışı etmişdi. Onun bu çağırışına cavab olaraq Azərbaycanın Müdafiə Nazirliyi “Orduların vəzifəsi sülhə yox, məhz müharibəyə hazır olmaqdır” bildirdi. Görünür, Tonoyan “oxunun yenə daşa dəydiyini” anladı və dərhal “hücum ritorikasına” keçid etdi. Lakin bir ölkənin hərbi rəhbərliyinin həvalə olunduğu bu şəxsin saatlar içində dəyişikliyə uğraması olduqca gülünc görünür.

Asif


Xəbərin orijinal ünvanı: https://publika.az/news/southcaucasus/274999.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR