İtkin düşən 6 yaşı qızdan YENİ XƏBƏR - Ailəsi...

İtkin düşən 6 yaşı qızdan YENİ XƏBƏR - Ailəsi...
18:04 8 Aprel 2019
73 Digər
Ölkə mətbuatı
A- A+

Bir neçə gündür Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində yaşayan 6 yaşlı Məryəm ailəsinə təhvil verilib.

 

Bu barədə Lent.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.

 

Onun sözlərinə görə, bu gün uşağın anası ilə görüşüb və ona öhdəliklərinin izah olunmasından, videoçəkilişlə Məryəm anasına təhvil verilib: “Əvvəlcə mən onun anası və xalası ilə görüşəndə uşağın doğrudan da onların olması ilə bağlı sənəd gətirmələrini istəmişdim. Bəzi sənədlər gətirmişdi və biz ona öhdəliklərini, vəzifələrini izah etdik. Məryəmin sənədlərini düzəltdirməsi tapşırıldı. Məryəm ailəsinə təhvil verilsə də,  bizim və hüquq mühafizə orqanlarının nəzarəti altında olacaq. May ayından Məryəmin məktəbə yerləşdiriulməsi məsələsini həll edəcəyik”.

 

Qeyd edək ki, Yevlaxdan olan 6 yaşlı Məryəm aprelin 2-də gecə saatlarında Bakının Nərimanov rayonu 3-cü mikrorayon ərazisində aşkarlanmışdı və polis əməkdaşlarının yardımı ilə Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilmişdi.

 

Araşdırmalar nəticəsində Roman qrupuna (qaraçı) məxsus olan Məryəmin Bakıda xalalarının yanında qaldığı və dillənçilk etdiyi məlum olmuşdu.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310682

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR