Avtobusda SKANDAL! "Səni öldürərəm" - FOTO/ VİDEO

İzmirdə 171 nömrəli avtobusda sürücü onu xəbərdar edən sərnişini "səni öldürərəm" deyərək təhdid edib.

Metbuat.az türk mediasına isitinadla xəbər verir ki,İzmirdə sürücü avtobusu sürətli istifadə etdiyi və bu səbəblə də özünü xəbərdar edən yolçuya "səni öldürərəm" deyərək təhdid edib. Bu anlar başqa bir sərnişin tərəfindən cib telefonu kamerasıyla qeydə alınıb.

Hadisə saat 13.30 sıralarında baş verib.

Adı öyrənilməyən bir sərnişin avtobusu sürətli sürdüyü üçün sürücüyə xəbərdarlıq edib.

İddiaya görə, sürücü, özünü xəbərdar edən sərnişini təhqir edib.

Bunun üzərinə mübahisə çıxıb. Davaya çevrilən mübahisəni araya girən digər sərnişinlər sakitləşdirib. Başqa bir sərnişin isə baş verənləri mobil telefonu kamerasıyla qeyd edib.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR