Eldar Qasımovun yeni klipinin təqdimatı keçirildi - FOTOLAR

Eldar Qasımov yeni “Məsafələr” adlı mahnısının klipini təqdim edib.

Metbuat.az xəbər verir ki, “Məsafələr” adlı mahnısı Eldar Qasımov, Nurlana İbadullayeva və Fərhad Musayev tətəfindən yazılıb.

Klipin rejissorluğunu isə İlkin Şirinli edib. Mahnı pop janrında yazılıb və uzun məsafə münasibətlərindən bəhs edir. “Münasibətlər üçün məsafə sadəcə bir imtahandır. Əsl sevgi böyüdükcə məsafələr azalır”.

Eldar Qasımov bildirir ki, ekran işinin çəkilişləri Xəzər dənizi kənarında və Xızı dağlarında baş tutub: “ Hər iki çəkiliş zamanı çox soyuq idi. Çəkilişlərin məhz dəniz və dağlarda baş tutması səbəbsiz deyil. Çünki dənix və dağın məsafəsini qət etmək həqiqətən də çox çətindir. Və hər insanlar, qəlblər, sevgilər arasında məsafələr yaradır. Amma əsil sevgi heç bir məsafəni tanımır. Dəniz nə qədər böyük, su nə qədər çox olsa, dağlar nə qədər hündür olsa da əsil sevgi bunların heç birinə təslim ola bilməz. Məsafələr əsil sevgi qarşısında acizdir”.

Sevinc Kərimova / Metbuat.az






Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR