4 yaşlı qız bir ilə 1,6 milyon dollar qazandı - FOTO

4 yaşlı qız bir ilə 1,6 milyon dollar qazandı - FOTO
18:22 8 Aprel 2019
Ölkə mətbuatı
A- A+

4 yaşlı Qebriel və böyük qardaşı, 5 yaşlı Aleks YouTube-un ən gənc ulduzları sırasındadır.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İngiltərənin şimalında yaşayan ailədə böyüyən bacı-qardaşın YouTube-dakı "Toys and Little Gaby" kanalının 10,9 milyon dollardan artıq daimi təqibçisi var. Kanaldakı videolara ümumi baxış sayı 3,6 milyardı keçib.

Əslən Latviyadan olan 28 yaşlı Sabinanın dediyinə görə, üç il əvvəl oğlu və qızının hərəkətlərinin şən videolarını toplayaraq YouTube-da kanal yaratdı.

Daha sonra Sabina övladlarına aldığı oyuncaqlarla onların tanış olduqları, saf-çürük etdikləri anları çəkməyə başladı.

Qebriel və Aleks belcə məşhurlaşdılar, YouTube ulduzlarına döndülər.

Kanala ötən ilin avqustunda yüklənmiş "Bath Song Nursery Rhyme for Kids" videosuna indiyədək 379 milyon dəfə baxılıb.

Balaca bacı-qardaş isə cəmi bir ildə 1,6 milyon dollar qazanıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/745135.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR