Dünya Enerji Şurası Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır (FOTO)

Dünya Enerji Şurası Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır (FOTO)
18:29 8 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov Dünya Enerji Şurasının regional inkişaf üzrə sədr müavini Oleq Budarqin ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Dünya Enerji Şurası ilə əməkdaşlıq əlaqələrinin inkişafı, texnologiyaların tətbiqi ilə enerji sektorunda qlobal miqyasda baş verən dəyişikliklər və yeni çağırışların müzakirəsi üçün 3 ildən bir keçirilən Dünya Enerji Konqresi ilə bağlı fikir mübadiləsi aparılıb.

1923-cü ildən fəaliyyət göstərən, 100-ə yaxın ölkəni və 3 mindən çox təşkilatı əhatə edən Dünya Enerji Şurasının enerji təhlükəsizliyi, enerji bərabərliyi və ekoloji təhlükəsizlik arasında balansın yaradılmasındakı rolundan bəhs edilib. Bildirilib ki, yanacaq-energetika sekorunun bütün istiqamətlərini özündə birləşdirən qlobal təşkilat kimi Dünya Enerji Şurası enerji ölkəsi kimi Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

Söhbət zamanı energetika naziri Pərviz Şahbazova cari ilin 9-12 sentyabr tarixində Birləşmiş Ərəb Əmirliyində keçiriləcək 24-cü Abu-Dabi Dünya Enerji Konqresinə dəvət məktubu təqdim edilib.

Qeyd edək ki, “Rifah üçün enerji” devizi altında keçiriləcək tədbir çərçivəsində həmçinin 8-ci Asiya Nazirlər Toplantısı da nəzərdə tutulub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/energy/3043356.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR