"Diqlas" ticarət mərkəzindən malların çıxarılmasına başlanılıb

"Diqlas" ticarət mərkəzindən malların çıxarılmasına başlanılıb
18:36 8 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Aprelin 6-dan etibarən sahibkarlar Bakının Nizami rayonunda yerləşən yanğın baş vermiş "Diqlas" ticarət mərkəzindən mallarının çıxarılmasına başlayıblar.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, İqtisadiyyat, Maliyyə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Baş Prokurorluğun və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının və sahibkarların iştirakı ilə akt tərtib edilərək yanmamış mallar sahibkarlara təhvil verilir, yanğın nəticəsində yararsız vəziyyətə düşmüş mallar isə müvafiq akt tərtib edilməklə Suraxanı rayonunda xüsusi ayrılmış anbara göndərilir.

Sahibkarlar mallarının daşınması üçün nəqliyyatla təmin olunurlar.

Artıq 75 sahibkar mallarını ticarət mərkəzindən çıxarıblar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/economy/3043358.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR