BMT-də Azərbaycanın sədrliyi ilə sessiya keçirilib (FOTO)

BMT-də Azərbaycanın sədrliyi ilə sessiya keçirilib (FOTO)
19:01 8 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İsveçrənin Cenevrə şəhərində BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) tərəfindən Elektron ticarət və rəqəmsal iqtisadiyyat üzrə hökumətlərarası ekspert qrupunun növbəti iclası keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, hökumətlərarası ekspert qrupunun əsas məqsədi elektron ticarət və rəqəmli iqtisadiyyatın inkişafından maksimum faydalanmanı təmin etmək, bununla bağlı mövcud çətinliklərin aradan qaldırılması ilə inkişafı gücləndirməkdir.

100-dən artıq ölkənin təmsil olunduğu ekspert qrupunun iclasında dünya iqtisadiyyatında rəqəmli məlumatların artan rolu, məlumatların təhlili və süni intellekt üzrə imkanların gücləndirilməsi, elektron ticarət və rəqəmli iqtisadiyyatda məlumatların rolu, rəqəmli məlumatlar, onların inklüziv ticarət üçün əhəmiyyəti, sahə üzrə tənzimləyici məsələlər və çətinliklər kimi mövzular müzakirə edilib.

Hökumətlərarası ekspert qrupunun açılış sessiyasına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktorunun vəzifələrini icra edən Azər Bayramov sədrlik edib. Xatırladaq ki, ötən ilin aprel ayında BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı tərəfindən keçirilən Elektron ticarət və rəqəmsal iqtisadiyyat üzrə hökumətlərarası ekspert qrupunun iclasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi qrupun sədri seçilmişdi.

Tədbirdə çıxış edən BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı təşkilatının baş katibi Muxisa Kituyi hökumətlərarası ekspert qrupunun son bir ildə uğurlu fəaliyyətini qeyd edib və Azərbaycanın elektron ticarətin inkişafı ilə bağlı gördüyü işləri yüksək qiymətləndirib.

Qeyd edək ki, 1-5 aprel tarixində Cenevrədə həmçinin Elektron Ticarət Həftəsində “E-ticarət Həftəsi 2019: rəqəmsallaşmadan inkişafa doğru” tədbiri keçirilib. Elektron Ticarət Həftəsində aparılan müzakirələr nəticəsində inkişaf etməkdə olan ölkələrin e-ticarət və rəqəmli iqtisadiyyatdan inkişaf üçün maksimum faydalanmaları məqsədilə konkret imkanlar nəzərdən keçirilib.

Müxtəlif əlaqədar tərəflər tədbirdə bir araya gələrək rəqəmsallaşmadan irəli gələn əsas çətinlikləri və imkanları müzakirə ediblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3043371.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR