Liviyanın hava limanı atəşə tutuldu - UÇUŞLAR DAYANDIRILIB

Liviyanın hava limanı atəşə tutuldu - UÇUŞLAR DAYANDIRILIB
19:04 8 Aprel 2019
60 Digər
Ölkə mətbuatı
A- A+

Xəlifə Həftarın komandanlığı altında olan Liviya Milli Ordusunun Hərbi-Hava Qüvvələri paytaxt Tripolidə yerləşən Mitiqa hava limanına zərbələr endirib.
 
ONA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Liviya Milli Ordusunun Hərbi-Hava Qüvvələri qərargahının rəhbəri Məhəmməd əl-Mənfur deyib. Bildirilir ki, Mitiqa beynəlxalq hava limanı bütün uçuşları dayandırıb.
 
“Son ana qədər aviasiyadan istifadə etməməyə səy göstərdik, dəfələrlə xəbərdarlıq etdik, amma onlar bizimlə silahlılara qarşı davrandıqları kimi davrandılar. İndi bunun nəticələrinə qatlaşacaqlar”, - deyə əl-Mənfur bildirib. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310699

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR