Şagirdlərin diqqətini yaxşılaşdırmaq üçün MÜKƏMMƏL CİHAZ

Şagirdlərin diqqətini yaxşılaşdırmaq üçün MÜKƏMMƏL CİHAZ
19:14 8 Aprel 2019
45 Digər
Ölkə mətbuatı
A- A+

Çində ibtidai məktəblərdən birində şagirdlərin diqqətini yüksəltmək üçün nəzərdə tutulmuş başa taxılan qurğu sınaqdan keçirilir. “Focus 1” adlı cihaz Harvard Universitetinin Beyin Mərkəzinin iştirakı ilə ABŞ-ın “BrainCo” firması tərəfindən işlənib hazırlanıb.
 
Lent.az ictnews-a istinadən xəbər verir ki, “Focus 1” cihazı Xançjou (Çjeszyan əyalətinin paytaxtı) şəhərinin təhsil müəssisəsində sınaqdan keçirilir. Aparat beynin aktivliyini qeydə alan elektroençefaloqrafiya datçikləri ilə təchiz edilib və şagirdin dərsə olan diqqətini müəyyənləşdirməyə imkan verir.
 
Müəllimlər noutbuka quraşdırılmış xüsusi proqram sayəsində şagirdlərin nə dərəcədə diqqətli olmasını, dərsdən yayınma hallarını izləyə bilərlər, həmçinin dərsin sonunda isə 3 ən diqqətli şagirdin adını müəyyənləşdirmək mümkündür.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310684

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR