Dərmanı necə içməli? - Həkim məsləhəti

Dərmanı necə içməli? - Həkim məsləhəti
19:24 8 Aprel 2019
54 Digər
Ölkə mətbuatı
A- A+

Kanadalı alimlərin apardığı araşdırmaya görə, bir çox dərmanların meyvə şirələri ilə (portağal, qreypfrut, alma və s.) qəbul edilməsi onların təsirini azaldır, bəzi hallarda isə bu, müəyyən təhlükələr doğura bilər.
 
Lent.az Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, tədqiqatın nəticələrinə görə, bəzi dərmanların qreypfrut, alma və ya portağal şirəsi ilə içilməsi insanın zəhərlənməsinə gətirib çıxarır.
 
Kanadalı tədqiqatçıların həyata keçirdikləri təcrübənin nəticələri "Amerika Kimya Dərnəyi"nin Filadelfiyada keçirilmiş konfransında elmi ictimaiyyətin diqqətinə təqdim olunub. Tədqiqat işində meyvə şirələri ilə qəbul edilən xərçəng əleyhinə preparatların, ürək-damar, təzyiq dərmanlarının və bəzi antibiotiklərin təsirinin ciddi şəkildə azaldığı vurğulanıb.
 
 
Kanadanın Qərbi Ontario Universitetindən David Bailey və həmkarları əvvəlcə meyvə sularının təsirini allergiyaya qarşı dərmanlardan istifadə edən sağlam qrup üzərində araşdırıblar. İştirakçıların bəziləri həmin dərmanlardan birini su ilə, digərləri isə qreypfrut şirəsi ilə qəbul ediblər.
 
Şirə ilə içilən dərman orqanizmə qismən, su ilə qəbul edilən dərman isə tam təsir göstərib.
 
 
Aparılan kliniki təcrübələr göstərdi ki, qreypfrutun tərkibində olan bir maddə bir sıra dərmanların bədənə sorulmasını təmin edən CYP3A4 fermentinin təsirini azaldır, hətta bəzən preparatın zəhərli təsir göstərməsinə səbəb olur.
 
 
Araşdırmalarının nəticələrini açıqlayan alimlər bildirdilər ki, xərçəng, ürək-damar xəstəlikləri, infeksion xəstəliklər zamanı istifadə olunan, həmçinin orqan köçürülməsi əməliyyatlarından sonra bədənin yeni orqanı rədd etməməsi üçün qəbul edilən dərmanlar meyvə şirələri ilə içilməməlidir.
 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310695

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR