Odessa vilayətinin qubernatoru Maksim Stepanov vəzifəsindən azad edilib.
Milli.Az bildirir ki, "Qafqazinfo"nun "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə Ukrayna prezidenti Petro Poroşenko müvafiq sərəncam imzalayıb.
Onun işdən çıxarılmasının səbəbi məlum deyil.
Vilayətə müvəqqəti olaraq Sergey Paraşenko rəhbərlik edəcək.
Maksim Stepanov prezidentin onun vəzifəsindən azad edilməsi ilə bağlı sərəncamına baxmayaraq, postunu tərk etməyəcəyini bəyan edib.
"Bu gün Ukrayna prezidentinin saytında mənim işdən çıxarılmağıma dair sərəncam yerləşdirilib. Çox qəribə sənəddir. Mənim və vəkillərin fikrincə, bunun Ukrayna qanunvericiliyi ilə heç bir əlaqəsi yoxdur, - deyə qubernator bildirib.
Stepanov qeyd edib ki, Poroşenko ötən həftə Odessaya səfəri zamanı ona istefa ərizəsi yazmağı təklif edib: "Mən bu təklifdən imtina etdim. Çünki belə bir ərizəni yazmağı arzulamıram".
Milli.Az