Muğam Mərkəzində məşhur amerikalı yazıçı ilə görüş keçirilib - FOTO

Muğam Mərkəzində məşhur amerikalı yazıçı ilə görüş keçirilib - FOTO
19:47 8 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Beynalxalg Muğam Mərkəzində məşhur amerikalı yazıçı ilə görüş keçirilib.

6 aprel 2019- cu il tarixində Beynəlxalq Muğam Mərkəzində "Söz" ədəbi layihəsi çərçivəsində amerika şairi, yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, Delaver Universiteti Senatının prezidenti və professoru Aleksandr Səlimov (Aleksandr Azim oğlu Səlimov) ilə görüş keçirilib.

Tədbir Azərbaycan Mədəniyyət Nazirliyinin,Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı, Diaspora Komitəsi və Amirekan Ticarət Palatasının dəstəyi ilə reallaşıb.

Sonra Aleksandr Səlimov öz şeirlərini rus və ispan dillərində oxuyub, tamaşaçıların suallarına cavab verib.

Gecədə şair, tərcüməçi Səlim Babulaoğlu  çıxış edərək, Aleksandr Səlimovun yaracılığı haqqında fikirlərini bölüşərək  və onun şeirlərini ilk dəfə olaraq  azərbaycan dilində söyləyib.

Məlumat üçün bildirək ki, Aleksandr Səlimov 1963-cü ildə Mahaçqalada anadan olub. Onun valideynləri müəllim və incəsənət xadimləri olub. 1986-cı ildə Dağıstan Universitetini bitirən A. Səlimov 1989-cu ilə qədər Kuba Silahlı Qüvvələr Nazirliyinin beynəlxalq münasibətlər şöbəsində hərbi tərcüməçi vəzifəsində çalışıb. 1990-cı ildə ABŞ-ın Delaver Universitetinin magistraturasına, oranı bitirəndən sonra isə Pensilvaniya Universitetinin aspiranturasına daxil olub. 1996-cı ildə "İspan dili və ədəbiyyatı" ixtisası üzrə fəlsəfə doktoru dərəcəsi alıb. Delaver Universitetində ispan və Latın Amerikası ədəbiyyatından dərs deyir. ABŞ Pen-klubunun, Amerika Şairlər Akademiyasının üzvü, Boliviya Yazıçılar və Rəssamlar İttifaqının fəxri üzvü, UNESCO-nun fəxri mədəniyyət səfiridir. Onun kitabları və məqalələri İspaniyada, ABŞ-da, Kanadada, Cənubi Koreyada və Azərbaycanda nəşr edilib.

A.Səlimovun kitabları arasında "Çağırış və digər poemalar" adlı şeirlər məcmuəsi xüsusi yer tutur. İberiya-Amerika ədəbi cəmiyyəti tərəfindən nəşr edilmiş bu kitab 2018-ci ildə Viktoriya Urbano fəxri mükafatına layiq görülüb.
"Çağırış və digər poemalar" kitabına Xocalı soyqırımının qurbanlarına həsr olunmuş şeirlər də daxil edilib.

Bədii hissədə  Əməkdar artist Şəhriyar İmanov (tarda), pianoçu Tural Rafaelin  müşayiəti ilə Beynəlxalq Müsabiqələr Laureatı Lenay Seyidəlizadənin və Cavid Hacıyevin rəqs nömrəsi tamaşaçılara təqdim olunub.

Bakılı tamaşaçılar şairin yaradıcılığına böyük maraq göstəriblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/745205.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR