Dembeledən "Barselona"ya şad xəbər

Dembeledən "Barselona"ya şad xəbər
19:57 8 Aprel 2019
106 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"da ötən ay zədələnən Usman Dembelenin durumuna aydınlıq gəlib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransız hücumçu zədəsini tam sağaldıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə, Dembelenin tam sağaldığı və Çempionlar Liqasında "Mançester Yunayted"ə qarşı forma geyinə biləcəyi bildirilib.

Qeyd edək ki, ÇL-in 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Mançester Yunayted" - "Barselona" matçı aprelin 10-da, saat 23:00-da start götürəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/745290.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR