Federika Mogerini: “Şərq tərəfdaşlığı”nın inkişafı üçün çox işlər görmək lazımdır”

Federika Mogerini: “Şərq tərəfdaşlığı”nın inkişafı üçün çox işlər görmək lazımdır”
19:57 8 Aprel 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

“Şərq tərəfdaşlığı” proqramının inkişafı üçün çox işlər görmək lazımdır”.
“Report”un yerli bürosu Gürcüstanın İctimai Televiziyasına istinadən xəbər verir ki, bu barədə Avrova İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini bu gün Brüsseldə keçirilən xarici işlər nazirlərinin görüşündən sonra bildirib.
Onun sözlərinə görə, Aİ-nin xarici işlər nazirləri görüşdə “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin nailiyyətlərini bir daha müzakirə edərək, görüləcək işləri qeyd ediblər: “Biz nazirlərlə may ayında Brüsseldə keçiriləcək “Şərq Tərəfdaşlığı” proqramının yubileyinə həsr olunmuş tədbirləri müzakirə etdik. Onların arasında nazirlərin proqram iştirakçısı olan 6 ölkənin nümayəndələri ilə görüşü də var”.
F.Mogerini bildirib ki, 4-5 il ərzində bir sıra sahələrdə əhəmiyyətli tərəqqi əldə olunub: “Həmçinin viza rejiminin ləğvi, insanlar arasında əlaqələrin inkişafı, ticarət və investisiyalar sahəsində də uğurlara nail olunub. Proqrama üzv ölkələrdən hər birinin Avropa İttifaqına yaxınlaşmağa çalışdığını görürəm və biz, onların səylərini eyni ruh yüksəkliyi ilə qarşılamağa çalışacağıq”. 

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/serq-terefdasligi-nin-inkisafi-ucun-cox-isler-gormek-lazimdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR