İrandan cavab gecikmədi: ABŞ ordusunu...

İrandan cavab gecikmədi: ABŞ ordusunu...
19:58 8 Aprel 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

İranın Xarici İşlər Nazirliyi ölkənin milli təhlükəsizlik üzrə Ali Şurasına Yaxın Şərqdə ABŞ-ın Mərkəzi Qüvvələr Komandanlığını (CENTCOM) terror təşkilatları siyahısına daxil etməyi təklif edib.

Publika.az xəbər verir ki, bu haqda İranın Xarici İşlər Nazirliyinin Telegram-kanalında yerləşdirilən məlumatda deyilir.

İranın xarici siyasət idarəsi bildirib ki, ABŞ Yaxın Şərqdə terror qruplaşmalarını dəstəkləyir və özləri terror əməliyyatlarında iştirak edirlər.

Qeyd edək ki, bu gün ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) "xarici terrorçu təşkilat” kimi tanıyıb. Bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/275017.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR