Azərbaycan Nefroloqlar Assosiyasiyası ERA-EDTA-ya üzv seçildi

Azərbaycan Nefroloqlar Assosiyasiyası ERA-EDTA-ya üzv seçildi
20:04 8 Aprel 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Nefroloqlar Assosiyasiyası İctimai Birliyi Avropa Böyrək, Dializ və Transplantologiya Assosiyasiyasına (ERA-EDTA) üzv seçilib.
 
Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, dünyanın 56 ölkəsinin nefroloji assosiyasiyalarının üzv olduğu bu təşkilat 1963-cü ildə yaradılıb.
 
 
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş nefroloqu, Assosiyasıyanın məsul katibi Fariz Babayev, bu mötəbər quruma üzvlüyün ölkə nefrologiyasının beynəlxalq aləmə inteqrasiyasında, elmi və praktik mübadilənin yaradılmasında, yerli mütəxəssislərin elmi əsər və məqalələrinin beynəlxalq tibb jurnallarında nəşr edilməsində, yüksək ixtisaslı kadrların hazırlanmasında, müştərək konqreslərin təşkilində və ümumilikdə, Azərbaycan nefrologiyasının inkişafında əhəmiyyətli rol oynayacaq.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310691

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR