Azərbaycanın üç sərbəst güləşçisi Avropa çempionatında finala yüksəlib

Azərbaycanın üç sərbəst güləşçisi Avropa çempionatında finala yüksəlib
20:27 8 Aprel 2019
42 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın üç sərbəst güləşçisi Avropa çempionatında finala yüksəlib.
"Report" xəbər verir ki, bunlar Hacı Əliyev (65 kq), Ağahüseyn Mustafayev (70 kq) və Cəbrayıl Həsənovdur (79 kq). Əliyev finalda türkiyəli Selahəttin Kılıcsallayanla, Mustafayev eyni ölkənin güləşçisi Mustafa Kaya ilə üz-üzə gələcək. Həsənov isə Rusiya təmsilçisi Ahmed Hacımaqomedovla güləşəcək. 57 kq çəki dərəcəsindəki Mahir Əmiraslanov isə təsəlliverici görüşdə qüvvəsini sınayacaq. Onun rəqibi fransalı Zuheyir Əl Oraj olacaq.
Qeyd edək ki, final görüşləri sabah keçiriləcək. 
Avropa çempionatına aprelin 14-də yekun vurulacaq. Yarışa Azərbaycanın, ümumilikdə, 28 idmançısı qatılıb.

*** 19:52
Azərbaycanın daha bir sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.
"Report"un məlumatına görə, 70 kq çəki dərəcəsində yarışan Ağahüseyn Mustafayev yarımfinalda Almaniya təmsilçisi Nikolae Koyokaruya qalib gəlib - 6:0.
O, finalda Mustafa Kaya (Türkiyə) - Maqomedmurad Hacıyev (Polşa) cütünün qalibi ilə güləşəcək. Daha əvvəl Hacı Əliyev (65) də finala yüksəlib.
Qeyd edək ki, sərbəst güləşçilərdən Cəbrayıl Həsənov (79) da yarımfinal görüşünə çıxacaq.

***19:41
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında finala yüksəlib.
"Report"un məlumatına görə, 65 kq çəki dərəcəsində mübarizə aparan 28 yaşlı idmançı yarımfinalda Moldova təmsilçisi Maksim Sakultanı məğlub edib - 12:2. O, finalda türkiyəli Selahəttin Kılıcsallayanla qarşılaşacaq. Final görüşləri sabah keçiriləcək.
Qeyd edək ki, bu gün digər sərbəst güləşçilərdən Ağahüseyn Mustafayev (70 kq) və Cəbrayıl Həsənov (79) da yarımfinal görüşlərinə çıxacaqlar. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycanin-daha-bir-gulescisi-avropa-cempionatinda-finala-yukselib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR